Müsavat başqanı Arif Hacılının qardaşı, bu partiyanın mətbuat xidmətinin rəhbəri və bastainfo saytının rəhbəri Mustafa Hacıbəyliyə qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi açılıb və haqqında polis nəzarətinə götürmə qətimkan tədbiri seçilib.
Əməkdaşımız Natiq Ədilovla söhbətində Arif Hacılı bu və ümumən hakimiyyətin repressiya siyasəti barədə danışıb. Müsahibə qəzetin yutub kanalında canlı yayımlanıb.