Bu gün Suraxanı Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı cinayət ii üzrə məhkəmə istintaqı davam edib.
M.İbrahim 2015-ci il noyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə mühakimə olunub. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Cəza müddətinin başa çatmasına bir gün qalmış ona qarşı qadağan olunmuş əşyanın (bıçaq) qanunsuz saxlanması ilə bağlı yeni ittiham irəli sürülüb. Bu ittiham üzrə onu 6 ayadək azadlıqdan məhrumolunma cəzası gözləyir.
Sentyabrın 28-də Yasamal məhkəməsi M.İbrahimin barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ceyhun Qədimovun sədrliyilə bugünkü iclas zamanı beş şahidin – M.İbrahimin cəza şəkdiyi koloniyanın əməkdaşlarının ifadələri dinlənilib. Bu barədə Turan-a müxalifətçinin oğlu Turan İbrahim bildirib.
Onun sözlərinə görə, nəzarətçilər qarışıq ifadələr veriblər və bir-birinə zidd danışıblar. Müdafiə tərəfinin vəsatəti üzrə daha 4 şahid – koloniya əməliyyatçısı və üç məhkum (onlardan ikisi artıq azadlığa çıxıb) dindiriləcək.
Hakim məhkəmə dinləmələrinin dekabrın 25-də davam etdirilməsi barədə qərar qəbul edib.