“İlham Əliyev barədə çəkdib sosial şəbəkədə yaydığım videoları silməyimi tələb edirlər. Üstəlik bildirirlər ki, əlavə bir çəkiliş edib Əliyevdən üzrxahlıq edim, qoşulduğum “vətən xainləri”ndən uzaqlaşım.”
Bunları Almaniyada yaşayan AND hərəkatının üzvü Səadət Əliyeva deyir. Onun verdiyi məlumata görə yuxarıdakı məzmunda xəbərdarlığı dayısı oğlundan alıb.
Dayısı oğlu Aydın Bayramovu isə buna işlədiyi Qubadlı Rayon Polis İdarə rəisi vadar edib. “Aydın polis idarəsinə ərazi üzrə polis işləyirdi. Ondan mənim haqqda məlumat istəyiblər. Dayım oğlu polis mənimlə əlaqəsi olmadığını desə də, Muradov(dayım oğlunun mənə dediyi soyad) belə tapşırığı ona verib. Dayım oğlu mənim nömrəmi anamdan alaraq, mənə (what’s app)zəng etdi. Mənim Almaniyada hansı qrupa və kimlərə qoşulduğumu sərt şəkildə soruşaraq, cavab verməyi tələb etdi. Mənsə sakit şəkildə nə olduğunu soruşdum. Cavab olaraq Daxili İşlər Nazirliyindən mənim haqqda işlədiyi polis idarəsinə sorğu göndərildiyini dedi”.
Polis idarəsinin tələbini yerinə yetirmədiyindən Səadət Əliyevanın dayısı oğlu işindən çıxarılıb: Noyabrın 27-i osəsli sms ataraq (sonra zəng etdi) işdən azad olunduğunu dedi. Səbəb mənim Almaniyada siyasi fəallığım!”
S.Əliyeva dayısı oğlunun heç bir hüquqi əsas olmadan, qərəzlə ona görə işdən uzaqlaşdıranların ona hələ də hədə gəldiyin deyir: söz yollayıblar ki, bizim əlimiz uzundur, dediklərin etməsəm daha sərt tədbirlər görüləcək. Səadət Əliyeva bu hadisəyə görə qohumlarının ondan imtina etdiyin də deyir, bunlara baxmayaraq o ölkədə hökm sürən ədalətsizliyin və özbaşınaıqların baiskarı kimi İlham Əliyevi davamlı tənqidə tutmaqda qərarlıdır.