Facebook öldürülən iki İsrail əsgərinin intiqamının fələstinlilərdən alınması barədə çağırış edən, müsəlmanların “İsrail torpaqlarını” tərk etməsini istəyən, İsrailin baş naziri Benyamin Netanyahu-nun oglunun hesabını 24 saatlığına bağlayıb.
Sosial şəbəkə 27 yaşındakı Yair Netanyahu-nun ismarışlarını da silib.
Twitter-də Facebook-u “düşüncə polisliyi” etməkdə ittiham edən Yair Netanyahu hesabı təzədən açıldıqdan sonra heç bir şərh verməyib.
“Yaponiya və İslandiyada terror hücumu yoxdur. Çünki buralarda müsəlman yoxdur”.
Yair Netanyahu Facebook-dakı ismarışlarında İsrailin işğalı altındakı Qərbi Şeriada çümə axşamı günü iki İsrail əsgərinin öldürülməsindən sonra “1964-cü ildən (Fələstin Qurtuluş Təşkilatı) bu yana özlərini fələstinli olaraq tanıdan bu insan cildindəki canavarlarla sülh olmaz. Bilirsinizmi, harada heç terror hücumu yoxdur? İslandiya və Yaponiyada. Nə təsadüfdür ki, orada heç müsəlman əhalisi yoxdur” demişdi.
Netanyahu Facebook-u tənqid edərkən bunları söylərib:
“Facebook-dakı radikal qabaqcıllar mənə də çatıblar. Həmas-ın, Hizbullah-ın və İran rejiminin də rəsmi Facebook səhifəsi var. Burada davamlı olaraq İsraili məhv etmək və yəhudilərin öldürülməsi istiqamətində çağırışlar edilir. Mənə və ailəmə minlərlə hədələr ünvanlayırlar. Amma bu ismarışlar Facebook-un icma razılaşması qaydalarını pozmur” deyib.
Sosial şəbəkələrdə vergi ödəyicilərinin puluyla dəbdəbəli həyat sürməkdə ittiham olunan Yair Netanyahu sonuncu dəfə gəzməyə çıxartdığı itinin nəcisini təmizləmədiyi üçün tənqidlərə məruz qalmışdı.