Yəmənin gözu yasli, unudulmuş, körpə uşaqlarına xatir…
“Müsəlman Birliyi Hərəkatının” sədri, Qobustan həbsxanasında cəzaçəkən Tale Bağırzadə həbsdən müraciət ünvanlayıb:
Bu bir həqiqətdir ki, müasir dövrün informasiya texnologiyaları xaqları bir-birinə yaxınlaşdırıb və dünyanın bir ucunda baş verən hər hansı bir hadisəyə o biri ucundan gələn reaksiya ilə, verilən təpki ilə insanlığın vicdanı sınaga cəkilir. Bu gün dunyanin dord bir yaninda bas verən, urək yandirici, aci hadisələr sanki evimizin icindədə, gozumuzun qarsisindada bas verməkdədir. Bir tərəfdə ehtiyacin agir məngənəsində cirpinan acliqdan, səfalətdən, xəstəlikdən, yalqizlidan əziyyət cəkən məzlumlar,digər tərəfdə isə həddi-hududu bilinməyən ədalətsizliyin,həyasizligin və istismarin hokmranliq etdiyi bir dunya qarsi-qarsiyayiq.
Belə bir vəziyyətdə vicdanimiz sinağa cəkilməsin bəs neyləsin?
Olanları izlədikcə hətta bəzən mənə elə gəlir ki, bəşər tarix boyu bu gunku qədər nə bir- birinə bu qədər yaxin olmuş, nə də insanliq bu cür ağır imtahanla sınağa çəkilmişdir. Bu acı və vəhşətin ortasında bir daha mərhəmətin gücünə sarılıb ölmək üzrə olan vicdanı və bəşəriyyəti yasatmaq üçün yenə də üz tuta bilcəyin ünvana, bəşərin vicdanına üz tutmalı olursan.
Bu qədər acının ortasında necə vicdanimizin səsini bogaraq hec nə olmamis kimi rahatliqla oz həyatimiza davam etdirə bilərik? Gozumuz görə – görə necə icazə verə bilərik ki,dunyanin ədalətsiz nizami, imperialist gucləri bizi öz vicdanimizin qatilinə cevirsin?
Biz vicdanimizin deyil,insanligin qatillərinə qarsi savasmaq ucun bu dunyaya goz acdiq.Goz acdiq ki,məzlumlar sonsuz sevgimizi, zalimlar isə dərin nifrətimizi duysun. Onlar,vicdansiz zalimlar bir ovuc olduqlari halda, biz dunyanin hər yerində variq. Vicdanımızın səsini birləsdirib ucaltsaq, vicdansizların bagrini yarariq.
Əziz baci və qardaslarim.
Bugun gozumuzun önündə blokada altina alinmis Yəmənli körpə usaqlar acliqdan, xəstəlikdən əziyyət cəkir. Tox dunyanın gözü qarşısında uşaqlar aclıqdan ölür. Bu körpələrin vicdanlari sizladan, insanlığın mərhəmət duyğusunu tirtədən aci dolu yaşamında bəhs edən səhnələri izlədikcə bir anliga insanligin dəfn edildiyini dusunursən. Kimdir axi bu körpə usaqlarin basina bombalar yagdiranlar, qətlinə fərman verənlər?
Bu gun yəmənli körpə usaqlarin baslarin bomba yagdirib qətilliə sifaris verənlərin kimliyi hər kəsə bəllidir. Dunyanin gozu qarsisinda ərəbistanli tənqidci jurnalist Cəmal Kasikcini Səudiyyənin İstanbul bas konsullugunda tikə-tikə dogratdiran Səudiyyə rəhbərliyi elə yəmənli usaqlarin basına bombalar yagdirib, qətlinə sifaris verəndir.
Mənim vicdanlarini Səudiyyə rejiminin dollarlarina satan istər demokratik, istərsə də avtoritar olna rejimlərdən hec bir gozləntim yoxdur.Gozləntim yalniz vicdanli insanlardandir.
Ey dunyanin mərhəmətli, vicdanli insanlari. Yəmənin unudulmus, acliqdan, xəstəlikdən əziyyət cəkən körpə usaqlarinin dəstəyə, yardima, sevgi və qaygiya indi daha cox ehtiyaci var. Biz körpələr yasasin deyə Yəmənin blokadasini həm maddi, həm də mənəvi dəstəyimizlə yara bilərik. Bizim də övladlarımız var və gundəlik onlara xərclədiyimiz məbləgin yarisini demirəm, hətta yarisinin yarisini ayırarıb Yəməndəki körpə usaqlara gondərə bilsək, onlara az da olsa dəstək olmuş olarıq. Mənəvi dəstəyimizsə o ola bilər ki, Yəməndəki blokada aradan qaldirilana qədər acliqdan əziyyət cəkən körpə usaqlarin dərdlərini bölüşüb hiss edə bilmək üçün biz də hər gun beş saat acliq aksiyasi keçirək. Yəməndəki ac körpələrə görə 5 saat ac qala bilərikmi?
Viktor Huqo deyirdi ki, dunyada körpə qigiltisindan gozəl himn yoxdur.
Ey dunyanin azad insanlari, indi Yəməndəki körpələrin himnlərini susdurub əvəzində onların fəryadını ucaldan zalımlara qarşı birləşin.
Ey körpələr aglayarken namazini belə tez bitirən İslam peygəmbəri Hezrəti Muhemmedin(s.ə.v.v)ümməti. Yəməndəki körpələri unutmayaq.Bu gün Tanrı hamımızın insanlıq sevdasını sınağa çəkir. Yanı başımızda baş verənlərə laqeyid qalmaqla bu sınaqdan üzü ağ çıxa bilməyəcəyik. Ruhumuzu təmiz və saf şəkildə Tanriya təslim etməyin yolu insanlığımızı bəsləyən vicdan və mərhəmətimizi canlı tutmaqdır. Bu üzdən dünyada və Yəməndə əziyyət cəkən körpə ovladlarimizi unutmayaq.
Tanrı hamınızı qorusun.