“Ermənistan bizim Cənubi Qafqazda və dünyada strateji müttəfiqimizdir”.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən mətbuat konfransında Ermənistanın “Azq” qəzetinin müxbirinin “seçkilərdən sonra Yerevanla münasibətlər necə qurulacaq?” sualını cavablandırarkən deyib.
Putin qeyd edib ki, münasibətlərin qurulmasından yox, gələcək inkişafından danışmaq lazımdır: “Ermənistanla münasibətlərdə bəyəm nəsə dağılıb? Ermənistan KTMT-nin, Avrasiya İttifaqının üzvüdür”.
Putin deyib ki, gələcək münasibətləri baş nazir Paşinyanla müzakirə edəcək: “Paşinyan bu günlərdə Moskvaya gələcək və biz müzakirə aparacağıq”.
Strateq.az