Bir çox Avropa ölkəsi arasında sərbəst səyahəti nəzərdə tutan Şengen müqaviləsi Lüksemburqun cənub-şərqindəki kiçik bir kənddə imzalanıb.
Müqavilə üçün niyə bu ərazi seçilmişdi?
Lüksemburq kiçik ölkədir. Onun bir başından digər başına avtomobillə bir saata çatmaq olar.
Fransa, Almaniya və Belçika ilə həmsərhəddir.
1985-ci ildə imzalanan Şengen razılaşması Avropada səyahəti köklü bir şəkildə dəyişdirdi və bu gün də dəyişdirməyə davam edir.
Avropa İttifaqı necə qurulub
İsveçrənin heç bir xəritədə görünməyən sərhədlərini necə keçdim?
Avropa İttifaqını (Aİ) quran ölkələrdən olduğu üçün, Brüssel və Strasburqla yanaşı Lüksemburq Aİ-nin inzibati işlərinin həyata keçirildiyi üç paytaxtdan biridir.
Lüksemburq, Fransa və Almaniya kimi iki nəhəng dövlət arasında konstitusiyalı monarxiyadır.
Ölkə sadəcə təbii gözəlliyi ilə deyil tarixi ilə də diqqəti çəkir.
Lüksemburqun UNESCO siyahısına daxil edilən qülləsi, qədim şəhər mərkəzi, muzeyləri və abidələri, restoranları, sürətlə inkişaf edən şərab sənayesi, pendir və xəmir məmulatları turistləri özünə cəlb edir.
1985-ci ildə imzalanan Şengen müqaviləsi bu sənədi imzalayan ölkələr arasında sərbəst hərəkət hüququnu təmin edir.
Tarixi şəhərdəki Moselle Vadisindəki eyni adlı çay Lüksemburq ilə Almaniya arasında sərhəd xəttini müəyyən edir.
Kiçik kənd və qəsəbələrin səpələndiyi bu vadi şərab istehsalında mühüm bir yerə sahibdir.
Müqavilənin tarixi
Şengen, Moselle çayının qərb tərəfində yerləşir.
520 əhalisi olan bu kənd Avropada səyahəti dəyişdirən bir yerdir.
14 iyun 1985-ci ildə Belçika, Fransa, Qərbi Almaniya və Hollandiyanın imzaladığı bu razılaşma ilə bu ölkələr arasında sərbəst səyahət imkanı təsbit olunub.
XX əsrin ikinci yarısı Avropa ölkələri arasında ittifaq və əks-ittifaqlar yaradan razılaşmalarla doludur.
1944-cü ildə Belçika, Hollandiya və Lüksemburq Benilüksü quraraq gömrüksüz ticarəti təsis ediblər.
1957-ci ildə Roma Müqaviləsiylə bu 3 ölkəyə Qərbi Almaniya, Fransa və İtaliya qoşulub. Bununla da bügünki Aİ-nin təməli olan Avropa İqtisadi Birliyi(AİB) yaradılıb.
1980-ci illərin əvvəllərində cəmi 10 AİB ölkəsi vardı və onların arasında çevik sərhəd nəzarəti məsələsi dururdu. Gömrük nəzarəti olmadan ölkələr arasında keçid o dövr üçün utopiya kimi qəbul edilirdi.
Brexit prosesi hazırda nə vəziyyətdədir?
Türkiyədə qanunsuz azərbaycanlı miqrantları nə gözləyir?
Lakin AİB ölkələrindən beşi (Belçika, Hollandiya, Lüksemburq, Fransa və Qərbi Almaniya) ticarət məhsullarının və insanların sərbəst hərəkətini təmin edəcək Şengen müqaviləsi ilə bunu həyata keçirməyə hazır idi.
Niyə Şengen?
O dövrdə AİB-ə başçılıq edən Lüksemburq bu müqavilənin imzalanacağı ərazini müəyyən etmək səlahiyyətinə sahib idi.
Fransa, Almaniya və Benilüks ölkələri ortaq sərhəddə sahib olduğu vahid ərazi – Şengenə üstünlük verdilər.
5 ölkənin təmsilçisi bir səyahət gəmisinə minib Moselle çayında, 3 sərhədin kəsişdiyi nöqtədə müqaviləni imzaladı.
O vaxtlar Şengen razılaşması nə çox dəstəkləndi, nə də diqqəti cəlb etdi. Müqaviləni imzalayan ölkələr belə yuxarı səviyyəli təmsilçisini göndərməmişdi.
Bu ölkələr arasında sözün tam mənasıyla gömrüksüz keçidlərin tətbiqi 1995-ci ildə baş tutub.
bbc.com