BMT Baş Assambleyasının 73-cü sessiyasında Rusiya ilə bağlı qətnamə qəbul edilib. Qətnamədə işğal olunmuş Ukrayna əraziləri Krım və Sevastopolda insan haqlarının pozulması, Rusiyanın Azov dənizindəki fəaliyyəti qeyd olunub. Belə bir məzmunlu sənədin qəbul olunmasına münasibət bildirən Rusiya nümayəndə heyəti bəyan edib ki, Krımın kimə məxsus olduğu artıq müzakirə mövzusu ola bilməz: “Krım ilə bağlı sual birdəfəlik və geridönməzdir”.
Baş Assambleya Rusiyanı öz silahlı qüvvələrini qeyd-şərtsiz şəkildə Krımdan çıxarmağa və Ukrayna ərazisinin işğalını dayandırmağa çağırıb.
Türkiyə qətnamənin lehinə, Ermənistan isə əleyhinə olub.
Azərbaycan yenə (son həftədə ikinci dəfə) Ukrayna ilə bağlı səsvermədə iştirak etməyib.
İnformasiya şöbəsi