ABŞ-ın Kaliforniya Universitetində 90 yaşından çox yaşayan 1600 nəfər arasında aparılan araşdırmanın nəticələrindən məlum olub ki, münasib miqdarda qəhvə və spirtli içki istifadə edənlər hər ikisindən istifadə etməyənlərə nisbətən daha uzun yaşayırlar.
Araşdırma zamanı o da məlum olub ki, 70 yaş ətrafında və artıq çəkili olanlar bu yaşlarda normal və ya normadan az çəkisi olanlara nisbətən daha uzun yaşayırlar.
Universitet daxilində fəaliyyət göstərən İrvine Yaddaşsızlıq və Nevroloji Xəstəliklər İnstitutunun araşdırması 2003-cü ildə başlayıb.
Yaşlanmanı xəstəlik kimi müalicə etmək olarmı?
Yaşlandığınızı göstərən doqquz bioloji işarə
100 il yaşamaq istəyirsiniz? Bağçılıqla məşğul olun
Mütəxəssislər təcrübədə iştirak edən insanlara altı aydan bir görüşüb və onlar üzərində nevroloji və nevropsixoloji sınaqlar keçiriblər.
Bundan başqa, həmin insanların qidalanma və fəaliyyət vərdişləri, tibbi keçmişləri, qəbul etdikləri dərmanlar və başqa mövzuda məlumatlar da toplanıb.
Ümumi olaraq təcrübəyə cəlb olunan insanların nə üçün bu qədər uzun yaşadıqlarını təyin etməyə çalışan araşdırmanın gəldiyi nəticələr belədir:
Münasib miqdarda spirtli içki və qəhvə içənlər içməyənlərə nisbətən daha uzun yaşayır
90 yaş və ondan yaşlıların 40 faizində demensiyaya rast gəlinib və təqribən 80 faizinə yaxını fiziki məhdudiyyətlidir. Qadınlarda bu əlamətlərin hər ikisinə kişilərdən daha çox rast gəlinib.
Demensiya rast gəlinən 90 və daha yaşlıların təqribən yarısında xəstəliyə səbəb ola biləcək heç bir neyroloji diaqnoza rast gəlinməyib.
APOE2 geninə sahib olan təcrübə tətbiq edilən insanlarda Alzheymer sindromundan qaynaqlanan yaddaş itkisi ehtimalı daha azdır, ancaq Alzheymer neyro xəstəliyinə rastlanması yüksək ola bilər.
bbc.com