Bakının Suraxanı rayon məhkəməsi bu gün jurnalist Əfqan Muxtarlının iki şikayətinə baxıb.
Bu barədə onun həyat yoldaşı Leyla Mustafayeva bildirib.
Şikayətlərdə cəzaçəkmə müəssisəsində ona qarşı qeyri-insani rəftar, telefon danışığı, yaxınları ilə görüş və kitab alma hüquqlarının məhdudlaşdırılması məsələsi qaldırılır.
Qeyri-insani rəftar haqqında şikayətə dekabrın 27-də hakim Ramil Həsənov baxıb.
Cəzaçəkmə müəssisəsi əməkdaşlarının Muxtarlıya qarşı hərəkətlərində cinayət tərkibinin olub olmadığını müəyyən etmək üçün iş Suraxanı rayon prokurorluğuna göndərilib.
İşə baxılması prokurorluğun qərarından sonra davam etdiriləcək, deyə vəkil Elçin Sadıqov bildirib.
İkinci şikayətə dekabrın 28-də baxılacaq.
Amma hakim Ceyhun Qədimov şikayəti təmin etməyib.
Məhkəmənin qərarından şikayət veriləcək.
* Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2018-ci il mayın 29-da Tbilisidə oğurlanıb və gizlicə Azərbaycana göndərilib, burada o, qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə və sərhədçiyə qarşı zorakılıq tətbiq etmə ittihamları ilə həbs edilib və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti jurnalistin həbsini pisləyib. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.
contact.az