Milli Şura blogger Mehman Hüseynova yenidәn cinayәt işinin açılması ilә bağlı etiraz bәyanat verib. Bәyanatda deyilir:
Siyasi mәbus, şәrlәnәrәk 2 il müddәtinә azadlıqdan mәhrum edilmiş bloqçu Mehman Hüseynova yenidәn cinayәt işi açılıb. Mehman Hüseynovun hәbs müddәtinin bitmәsinә 2 ay qalıb. İndi dә onu hәbsxana әmәkdaşına zor tәtbiq etmәkdә ittiham edirlәr. Bu uydurma ittihamla ona 3 ildәn 7 ilә qәdәr әlavә hәbs cәzası verilә bilәr. Bununla yanaşı, Mehman Hüseynov 10 günlük cәrimә kamerasına (“karsa”) salınıb vә vәkilinin onunla görüşünә imkan verilmәyib.
Mehman Hüseynova yeni cinayәt işinin açılması bu qәbildәn olan ilk hadisә deyil. İlham Әliyev hakimiyyәti siyasi mәhbusları hәbs müddәtlәri bitәn әrәfәdә yenidәn şәrlәyәrәk tәkrar mühakimә etmәyin artıq әnәnәsini yaratmaqdadır. Mehman Hüseynova qәdәr siyasi mәhbuslardan Әli İnsanov, Mәmmәd İbrahim vә Telman Şirәliyev eyni münasibәtlә üzlәşib.
Hakimiyyәtin Mehman Hüseynovu yenidәn cәzalandırmaq istәyi onu hәbslә, öz anlamlarında, ram edә bilmәdiklәri üçündür. Hazırda Mehman Hüseynova tәzyiq edirlәr ki, hәbsdәn çıxandan sonra bloqçuluq fәaliyyәtini dayandıracağı haqda öhdәlik götürsün. Mehman Hüseynov isә bundan imtina edir. İlham Әliyev hökumәti bu gәnc bloqçunun onların korrupsiya әmәllәrini çәkib ifşa etmәsini bağışlamaq istәmir. Üstәlik Mehman Hüseynovun hәbsxanada da mәtin qalması, anasının ölümünә görә İlham Әliyev başda olmaqla, rejimi ittiham etmәsi hakimiyyәti ona qarşı daha da aqressivlәşdirib.
Milli Şura hakimiyyәtin öz vәtәndaşlarına, üstәlik suçu yalnız müxalif mövqedә durmaq, hәqiqәtlәri sәslәndirmәk, öz hüquqlarından istifadә etmәk olan vәtәndaşlarına qarşı belә qisasçı davranışını qәtiyyәtlә pislәyir, onu bu qanunsuz vә pis әmәlindәn imtinaya çağırır. Milli Şura hakimiyyәtdәn tәlәb edir ki, Mehman Hüseynovu vә başqa siyasi mәhbusları yubanmadan azad etsin, günahsız insanlara hәbsxanada tәkrar cinayәt işi quraşdırıb, onların hәbs müddәtini artırmaq tendensiyasına son qoysun.
Milli Şura beynәlxalq birliyi Azәrbaycan hakimiyyәtinin bu yeni repressiv hәrәkәtinә seyrçi qalmamağa, onu durdurmaq, siyasi mәhbusların azadlığına nail olmaq üçün ünvanlı sanksiyalar da daxil olmaqla, konkret tәsirli tәzyiq vasitәlәrinә әl atmağa çağırır.
Milli Şura hәmçinin ölkә ictimaiyyәtini hakimiyәtin bütövlükdә cәmiyyәtimiz üçün tәhlükәli olan bu davranışına qarşı sәfәrbәr olmağa, siyasi mәhbuslara sahib çıxmağa sәslәyir.