AXCP sədrinin müavini Gözəl Bayramlı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik göndərib.
-Əziz dostlar, ölkəmiz tarixin ağır sınaq mərhələsindən keçir. Son illər ölkədə yaşanan problemlər bizi müasir dünyanın bir parçası olmaq yolundan geri qoysa da, mübarizə davam edir. Bu, adi mübarizə deyil, xeyirlə şərin mübarizəsdir. Şübhəsiz ki, bu mübarizədə Xeyir olan tərəf, bizlər qalib gələcəyik. Bu qələbənin yaxınlaşması üçün ləyaqətli insanların bir araya gəlməsinə, həmrəyliyinə böyük ehtiyac var. Bu tarixi bayram münasibəti ilə hamınızı ürəkdən təbrik edir, Yeni ilin ölkəmiz üçün uğurlu, demokratiya, azadlıq ili olmasını arzulayıram.