Dekabrın 29-da həbs edildiyi haqda məlumat yayılan hüquq müdafiəçisi Taleh Xasməmmədov azad olunub. Bu barədə onun həmkarı Oktay Gülalıyev feysbukda məlumat paylaşıb. Baş verənlər barədə hələlik bundan geniş məlumat yoxdur. T.Xasməmmədovun özü də həbsi və azad edilməsi barədə hələ ki, hər hansı açıqlama yaymayıb.
***
29.12.2018
Dekabrın 27-dən qeyb olduğu bildirilən hüquq müdafiəçisi Taleh Xasməmmədovun saxlanılması haqqında DİN məlumat yayıb.
DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Taleh Xasməmmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.Hüquq müdafiəçisinin adı çəkilməyən bir şəxsdən 1000 manat pul alarkən yaxalandığı bildirilir.
Hadisənin ənənəvi ssenari üzrə-saxta iş olması artıq şübhə doğurmur. İki gün ərzində hüquq müdafiəçisinin gizlədilməsi bunu sübut edir.
Qeyd edək ki, hüquq müdafiəçisi kimi tanınan T.Xasməmmədov bundan əvvəl də həbs edilib və Prezident İlham Əliyevin imzaladığı 17 mart 2016-cı il tarixli sərəncamla azadlığa buraxılıb.