AXCP Salyan şöbəsinin 5 üzvü “Mehmana azadlıq” aksiyası keçirdiyinə görə həbs olunub. Əldə etdiyimiz məlumata görə, Tariyel Məlikzadəyə 20 sutka, Əlizamin Salayevə 25 sutka həbs cəzası verilib. Digərlərinin də məhkəməyə çıxarılacağı gözlənilir. Şöbə üzvlərinin verdiyi məlumata görə cəbhəçilər saxlanılarkən fiziki zorakılığa məruz qalıblar. Eyni zamanda şöbə fəalı Əlizamin bəyin azyaşlı oğlu da 10 saat polis bölməsində saxlandıqdan sonra buraxılıb.
Yanvarın 10-da Salyan Rayon Məhkəməsinin qərarı ilə Salyan rayonunda (Bakıdan 135 kilometr cənub) “Mehman Hüseynova azadlıq” tələbi ilə aksiya keçirən fəallardan Əlizamin Salayev 25 sutka, Tariyel Məlikzadə 20 sutka inzibati həbsə məhkum edilib. Məhkəmə Şahin Məhərrəmlini 200 manat, Əlizadə Kazımovu 60 manat cərimə edib. Bu barədə Azərbaycan Xalqq Cəbhəsi Partiyası məlumat yayıb.
Salyan Rayon Məkəməsi fəalları İnzibati Xətalar Məcəlləsinin 513.1 (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə ittiham edib.