Yanvarın 11-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bu quruma daxil olan bir sıra ölkələrinin səfirliklərinin məsul şəxslərinin 1 sayli İstintaq Təcridxana-sında Mehman Hüseynov-la görüşdüyü bildirilir.
Görüşdə Aİ-nin Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onların yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olduqları bildirilir.
Agentlik bu görüşə aid olduğu bildirilən foto da yayıb.
Penitensiar Xidmətin İctyimaiyyətlə Əlaqələr Şöbəsi diplomatların bloqqerlə görüşünün olduğunu onlara təsdiq edib.
“Bəli, diplomatlar yanvarın 11-də Mehman Hüseynovla görüşüb, onun saxlanma şəraiti ilə tanış olub, konfidensial şəraitdə söhbət ediblər,” Penitensiar Xidmətin İctyimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
Bununla yanaşı, görüşdə iştirak edən diplomatik nümayəndəliklər, hələ, hər hansı məlumat yaymayıb.
Mehman Hüseynovun vəkilləri də görüş barədə məlumatsızdırlar.