«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə yanvarın 2-dən başlanan aksiyasının Müsavat Partiyasının qərargahında növbəli qaydada davam etdirildiyi bildirilir.
Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu deyib ki, aksiyaya yeni fəallardan Şamil Nəsirli adlı şəxs də qouşlub. T. Yaqublunun sözlərinə görə, hazırda aksiyanı ondan başqa 6 nəfər davam etdirir: “Bunlar aksiyaya yanvarın 6-dan başlamış Elşad İsrafilli, Fuad Rəhimli, Rövşən Niftalızadədir. Habelə yanvarın 9-dan Natiq İsrafil və 11-dən Sənubər Heydərova aclığa başlayıb. Sonuncu qoşulan isə qeyd etdiyim kimi Şamil Nəsirlidir”
Müsavat Partiyası divanın üzvü özü isə yanvarın 4-dən aclıq aksiyasına başladığnı açıqlayıb.
T.Yaqublu vurğulayıb ki, aksiya növbəlik prinspi ilə davam edir və səhhəti kəskin ağırlaşanlar onların təkidi ilə aclığı dayandırırlar.
Hələlik bu aksiyaya Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Son həftələr bloqqer Mehman Hüseynovun müdafiəsi ilə bağlı Bakıda və bölgələrdə müxtəlif aksiyalar keçirilib. Onlardan icazəsiz piketlərdə saxlananlardan 7-si kütləvi aksiyaların keçirilmə qaydasını pozmaqda günahlandırlaraq 20-25 günlük inzibati qaydada həbs ediliblər, daha bir neçə şəxs isə cərimə edilib.
Azadlıq Radiosu