Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 19 yanvarda Bakıda mitinq keçirmək üçün etdiyi müraciətə müsbət cavab verib. BŞİH-dən göndərilən cavab məktubunda mitinqin 19 yanvar, saat 15-dən 17-dək Yasamal rayonunda yerləşən Məhsul stadionunda keçirilməsinə razılıq verilir.