Natiq Ədilov
Naxçıvanın gənc naziri Azad müəllim “prezidentliyə namizəd” işləyən, “jalə şirələri” ilə bəslənən “qüdrətli” partiya sədrini iki yerə nökər işləməkdə ittiham edir.
***
Maraqlı prosesdir. Görünən odur ki, Qüdrət Həsənquliyev projesinə son qoyulub. Buçağan o Kəmaləddin Heydərovun kurasiyasında idi. İndi Kamalın vəziyyəti çətindir, necə deyərlər, canı ilə əlləşir. Fürsət bu fürsətdir düşünən “qüdrətli” partiya sədri Paşayevlərin bayrağının altına sığınmaq istəyir. Elə buna görə də qəflətən Vasif Talıbova hücum çəkdi.
Vasif müəllimin isə cavab atəşi gecikmədi. Yuxarıdakı status 2-ci həmlədir. Birinci ilə isə bizim birbaşa tanış olmaq imkanımız olmayıb. Qüdrətin öz açıqlaması var ki, hörmətli nazir ona ağır həqarətlər edib. Təxmınən, Əliyevi Avropadan bəzi azərbaycanlılar hansı termin və kəskin söyüşlərlə söyürlərsə o cürə.
“Jalə” şirələrinin qüdrəti ilə siyasi səhnədə boy göstərən yoldaş Həsənquliyev məlum açıqlamasında ağlansınmışdı ki, “mən axı deputatam, məni niyə belə təhqir etdirirlər. Tez olun, o naziri cəzalandırın”.
Açıqlama onun ağzından çıxar-çıxmaz İlham Əliyev məlum nazirə medal verdi.
Bu azmış kimi nazir ovunmaq bilmir, budur statusundan oxuyuruq ki, deyir: nökərsənsə, bir ağaya sədaqətlə xidmət elə. İki yerə baxan çaş qalar.
PS. xaricdəki azərbaycanlıları eninə-uzununa xeyli adam vardı ki, “qüdrətli” partiya sədrindən pul alıb yamanlayırdı. Amma işə bax, indi Qüdrətin özü, aiəsi pis formada təhqir edilib, onu hətta yanında saxladığı ştatlı balaca qüdrətlilər də müdafiə etmir.
Nökər olmaq yaman pis şeydir. Elə buna görədir ki, uzun illərdir car çəkirik: gəlin Azərbaycanı ağalar və qullar diyarı olmaqdan çıxarıb, azad adamlar məskəni edək.