Hikmət Nikbin
Guya, bu idarəçiliyə görə, Azərbaycan Respublikası dünyanın ən İNKİŞAF etməkdə olan lider dövlətidir.
Heç olmasa, Cənubi Qafqaz respublikaları sırasında da demirlər.
Bu qədər də ağılca kasadlıq olar ?
Axı İNKİŞAF Ölkə insanlarından kənarda olmur.
Bu necə liderlikdir ki, Azərbaycan insanı dünya liderliyini, qüdrətli inkişafını öz həyatında hiss etmir?
Dəhşət !
Fikir verin, ər-arvad-qohum-quda-qonşu-dost hakimiyyəti nəyin “bayram” ını keçirir, Azərbaycanda daha ÇADIR şəhərciyinin qalmamasının !
Ərazi bütövlüyünü bərpa edə bilməyən TƏSADÜFİ komanda, görün, nə ilə öyünür !
Yaxşı olar ki, Xalqa Ərazi bütövlüyünü bərpa edə bilməməyinizi etiraf edəsiniz!
Təbii, mən sizi başa düşürəm.
Axı, siz hakimiyyətə BAZARlardan, DÜKANlardan gəlmisiniz!
Azərbaycana uğursuzluqdan başqa nə verə bilərdiniz?
Həqiqətən də idarəçilik bazarların filiallarına çox oxşayır.
Artıq, ailə hakimiyyəti insanların onlara inamsızlığını duymağa başlayıb.
Vəziyyətdən çıxmağa çalışır.
Məmurların İ. Əliyev qarşısında aldıqları həmin POZAları, indi də İ. Əliyev Azərbaycan xalqı qarşısında alır !
Ancaq, əbəs yerə!
Ailə hakimiyyətinin prezident səviyyəsində POZAları mənasızdır.
Yalanlarla problemləri həll etmək mümkün olmadığı kimi, POZAlarla da mümkün deyil.
Tam səmimiyyətimlə deyirəm, ailə hakimiyyətində bir nəfər də idarəçiliyin nəzəri baxımdan sxemini qurmağa qadir deyil.(söhbətlərindən başa düşürəm)
Xalq bu komandanın YOX kimi bir şey olduğunu duyur.
Ailə hakimiyyətinin ən böyük yanlışlığı PULu AĞILın göstəricisi kimi başa düşməkdə, qavramaqda oldu.
Pul ağılın göstəricisi ola bilməz axı !
Kimi qələmə meyilli olar, kimi də tərəziyə !
Kimi insanların güzəranını fikirləşər, kimi də insanların əlində olanına göz dikər.
Ailə idarəçiliyi hakimiyyəti Allahın bir bəxşişi, ənamı, mükafatı kimi mənimsədi.
Yoxsa kabinetlərdə qonaq otağı, çay evi, yataq otağı nələrinə lazım idi ?
Məgər, səngərdə düşmənlə üzbəüz duran əsgər və zabitlərin, tikintidə, tarlada açıq hava altında əziyyət çəkən zəhmət adamlarının qonaq evi, çay evi, yataq otağı var ?
Mütərəqqi cəmiyyətlərdə kimsə varına-dövlətinə görə kimdənsə heç vaxt üstün hesab edilmir.
Hüquqi müstəvidə hamı bərabərdir.
Mütərəqqi cəmiyyətlərdə varlı olmaq da nəyi isə ifadə etmir !
Bir qab içində milyonları mühafizə edə bilər, gizləyə bilər, ancaq, bu, heç də o demək deyildir ki, qab həmin milyonların qiymətindədir.
Çox təəssüf ki, ailə hakimiyyəti ağıllılığı açdığı bahalı süfrələrlə hesablayır.
Ancaq düşünmürlər ki, ağıllıdırlarsa niyə rüşvətxordular, niyə cavabdeh olduqları Ölkə vətəndaşlarının dolanışıqlarını təmin edə bilmirlər, niyə bir özlərini düşünürlər, niyə hüquq və azadlıqlara söykənən cəmiyyət qura bilmirlər və.s.
Bunlar öz xoşbəxtliklərini Azərbaycan xalqının taleyində axtarmadılar.
Minimum Əmək haqqının 180 manat olmasını ata-oğul-gəllin idarəçiliyinin Xalqa qayğısı kimi göstərirlər.
Bu, 100 dollar deməkdir !
Mütərəqqi dövlətlərdə işləməyən vətəndaşlara 100 dollar buyurmurlar.
Əslində, bu, Azərbaycan xalqına sayğı deyil, hörmətsizlikdir !
Xalqa dəyər verməməkdir !
Xalqın problemlərindən çox uzaq olmaq deməkdir !
Yetər, Azərbaycan Respublikasını ALQI-SATQI dükanı kimi qavramağınız !
Gedin !