AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim həbsdən buraxılıb. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.
Qərara əsasən, AXCP funksionerinin yatağından bıçaq tiyəsi tapılması iddiasıyla ona verilmiş 5 ay 22 günlük cəza azaldılaraq, 4 ay 16 günə endirilib. Müddət tamam olduğundan o, məhkəmə zalından azadlığa buraxılıb.