İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun (İİKK) hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Bu barədə məlumatı İran mətbuatı yayıb.
“Ölənlərin sayı İİKK üzvləri və dinc sakinlər də daxil olmaqla 41-ə çatıb”, – deyə məlumatda bildirilir.