AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə
“1+3 kampaniyası” yalnız AXCP üzvlərinin yox, bütün Azərbaycan xalqının qoşulmağı üçün başlatdığımız kampaniyadır.
19-u yanvar mitinqində iştirak edən bütün dostlara ve mübariz xalqımıza;
Bu kampaniya,
-Azərbaycan xalqının Azadlığa qovuşmağına,
-İşsizlikdən, imkansızlıqdan, özünə şərait, hətta ailə qura bilməyən gənclərimizə,
-Universiteti bitirib, -“sənin iş təcrübən yoxdur” – deyə – işə götürülməyənlərə,
-Bankların hiyləsinə gələnlərə,
-Doğulacaq hər bir uşağın gələcək mənafeyinə,
-Ağır xəstəliklərdən əziyyət çəkən, amma tibbi sığortası olmayan xəstələrimizə,
-Orduda illərdir xidmət göstərib, qarşılığını ala bilməyən hərbiçilərimizə,
-Əlavə çörək yeri olmadığı üçün utancla, məcburiyyətdən Daxili İşlər Nazirliyində işləyən polislərimizə,
-Çətin dolanışığa görə xəstələrdən 5-10 manat götürən tibb işçilərimizə
-Bütün həyatı ağrı-acı içində çabalayan müəllimlərimizə,
-25-30 il bu dövlətə can qoyub, 150-200 manat pensiya alan ana-atalarımıza və bütövlükdə, mübariz
Azərbaycan xalqının gələcəyinə xidmət edir!
Dostlar, bunu unutmayın!
Bizim bir vətənimiz var!
#bizimbirvetenimizvar