İlham Əliyev köməkçisini baş nazir təyoin etdi
Oktyabrın 8-də Milli Məclisin plenar iclasında yeni baş nazirin təyin edilməsi ilə bağlı ölkə başçısının təqdimatına baxılıb və yekdilliklə razılıq verilib. Baş nazir vəzifəsində Novruz Məmmədovu 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, ondan qabaq isə prezidentin köməkçisi olan Əli Əsədov əvəz edib. Novruz Məmmədov isə ötən ilin aprelində baş nazir təyin edilmişdi.