![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2014/01/erzaq.jpg)
Son vaxtlar Azərbaycanda bəzi ərzaq mallarının bahalaşdığı bildirilir. Xüsusilə unun, çayın və başqa bir neçə məhsulun qiymətində artım olduğu vurğulanır.
Paytaxt sakinlərinin deməsinə görə, yaxın vaxtlara qədər “Karmen” MMC-nin məhsulu olan 50 kiloqramlıq bir kisə unu 25 manata alıblar. Amma oktyabrın 12-də onu 28 manata aldıqlarını qeyd edirlər.
Son vaxtlar bəzi növ çayların da Bakıda 20 faiz bahalaşdığı deyilir.
Marketlerdə bunu həmin məhsulların qiymətlərinin topdan satış məntəqələrində artması ilə izah ediblər.
amerkianinsesi.org