
Bakı Apelyasiya məhkəməsində AXCP Sabunçu rayonunun üzvü Babək Muradovun inzibati qaydada bəbs edilməsi barədə Səbail Rayon Məhkəməsinin qərarından vəkil əsabəli Mustafayevin verdiyi şikayətə baxılıb. Hakim Vaqif Mursaqulov həbsi qanuni sayıb və qərarı qüvvədə saxlayıb.
İki gün əvvəl isə Bakı Apelyasiya Məhkəməsinin digər hakimi Habil Məmmədov Babək Muradovun öz adından verilmiş (verdirilmiş) şikayətə baxıb qərarı qüvvədə saxlamışdı . Amma həmin şikayət verilənə kimi Babək Muradovun vəkilinin olması, həmin vəkilin müvəkkillə görüşə cəhd etməsi və onsuz da şikayət veriləcəyi məlum olub. Bu barədə mətbuarda da yazılıb.
Babək Muradov Orduya dəstək yürüşündə iştirak edib. Sonradan 28.07.2020-ci il tarixində Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə aparılıb. Bu barədə o, öz yaxınlarına məlumat verib. Sosial şəbəkələrdə və dövrü mətbuatda bu xəbər həmin gün geniş yayılıb. Rəsmi orqanalr tərəfindən də təkzib olunmayıb.
Sonradan onun inzibati məsuliyyətə cəlb olunması və Inzibati Həbs olunanların Saxlama Məntəqəsində olduğu məlum olub. O da bəlli olub ki, inzibati həbs qərarını 31.07.2020-ci il tarixdə Səbail Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən verilib.
Vəkil Babək Muradovun himayəsində tək başına böyütdüyü 14 yaşına çatmayan övladının olması barədə sənədi apelyasiya şikayətinə əlavə edərək məhkəməyə təqdim edib. Bununla bağlı Obmusdman aparatına da müraciət edib. Həqiqət naminə, Ombudsman məsələnin araşdırılması üçün vəkilə və məhkəməyə məktub da göndərib.
İnzibati həbs olunın öz adından verilmiş apelyasiya şikayətin vəkil iştirak etməyib. Bunu verdiyi şikayətə baxmaqdan imtina ehtimalının olması ilə əlaqələndirib. Zənn edib ki, onun verdiyi şikayətə baxarkən həmin işlə bağlı ilk məhkəmədə iştirakı bəhanə edib ikinci şikayətə baxmaqdan imtina eərlər. Lakin geniş və əsaslandırılmış şikayətə baxılarkən məhkəmə iclasında vəkil Ə. Mustafayev həbsin qanunsuz olmasını, xüsusən də, İXM-nin 30.2-ci maddəsinin tələbinə görə Babək Muradov barədə qərarın dəyişdirilməsii, onun dərhal həbsdən azad olunmalı olduğunu bildirib. Hakim qərarı verərkən ortada sənədin olmasını deyil “bizdə olan məlumata görə uşaq kiminsə himayəsindədir” mülahizəsinə əsaslanıb və qərarı qüvvədə saxlayıb.
Vəkil bu qərarı yerli qanunvericiliyin pozulması ilə yanaşı beynəlxalq konvensiyanın, eləcə də beynəlxalq uşaq hüquqlarının pozuntusu kimi dəyərləndirib.
azadliq.info