
FƏXRƏDDİN MEHDİYEV
Böhran həm də bir sınaqdır, böhran dövlətlərin güclü və zəif cəhətlərini üzə çıxarır.
Pandemiya həm də qlobal dünyanın zəifliklərini üzə çıxardı. Bəşəriyyəti dəfələrlə məhv etmək üçün öldürücü super silahlar hazırlayan dövlətlər virusa təslim oldular, səhiyyə və sosial sistemlərinin acizliyindən vətəndaşların xilas edə bilmirlər. Çox ziddiyyətli və paradoksal vəziyyətdir.
Aydındır ki, demokratik və qeyri – demokratik dövlətlərdə böhranın yaratdığı mənzərə fərqlərdir. Böhran demokratik ölkələri daha da güclənəcək. Çünki demokratik ölkələrin təbiətində problemlərin həll edilməsi potenisalı güclüdür: idarəetmədə çeviklik, insanaların səfərbər etmə qabiliyyəti, cəmiyyətin idarə edilməsində xalqın fəal iştirakının təmin edilməsi və s.
Yeni dünya düzəni demokratiyanın güclü dalğası ilə müşahidə olunur. Bu əsasən bir sıra faktorlarla əlaqədardır. Birincisi, dünya vahid bir orqanizmə çevrilib. Dünyanın hər hansı bir ölkəsində baş verən ədalətiszlik, qanunsuzluq, bütün dünyaya mənfi təsir edir. Ona görə insan haqları, demokratiya, insan və cəmiyyətlərin təhlükəsizliyi təkcə hər hansı bir dövlətin daxili işi deyil. Bu həmdə dünyanın problemidir. Ikincisi, dünyada iqlim, ekoloji, texnogen və s. kimi qlobal təhlükələrin təhdidi artır. Belə bir şəraitdə siyasətçilərin, məmurların adekvat qərarlar qəbul etmək məsuliyyəti artır. Müasir dövr kadrlardan yükəsk peşəkarlıq, müstəqillik və ən əsası mənəvi məsuliyyət tələb edir. Belə kadrları isə yalnız demokratik hakimiyyət verə bilər.
Böhran qeyri-demokratik hakimiyyətləri ağır zərbə vurmaqla sıradan çıxaracaq. Sosial şəbəkələr qeyri-demokratik hakimiyyətlərin manupulyasiya imkanlarını əlindən alır. Sosial şəbəkələr xalqı siyasətləşdirir və meydanlara çıxarır. Bu yeni bir mərhələdir. Bu nümunələr hər günün xəbərində var. Bu mənada biz qeyri
demokratik hakimiyyətlərdə sürətli dəyişikliklərin şahidi olacağıq.
Belarusiyada baş verən hadisələr bunun nümunəsidir. Müxalifətin real namizədlərini prezident seçkisindən kənarlaşdıran prezident Lukoşenko siyasətlə məşğul olmayan insanları belə siyasətə gətirdi, həbsdə olan bloqqer Serqey Tixanoviskayanın həyat yoldaşı, əvvəllər siyasətlə məşqul olmayan Svetlana Tixanoviskayanı müxalifətin vahid liderinə çevirdi. Seçki qabağı keçirilən izdihamlı mitinqlərdə insanlar demokratik dəyişiklikləri tələb etdilər. Seçki sonrası vəziyyət daha da gərgindir. Bütün Belarusiyanı əhatə edən demokratiya dalğası Likoşenko hakimiyyətinin sonunun yaxınlaşdığını göstərir.
Rusiya Fedrasiyasında da xalqın siyasi fəalığının yeni mərhələsi başlanıb. İyulun 9-da Xabarovski Diyar qubernatoru Serqey Furqalın həbsi, iyulun 11-dən Xabarovsk şəhərində davamlı izdihamlı mitinqləri alovlandırıb. Əvvəlcə Serqey Furqala azadlıq tələb edən mitinq iştirakçıları hazırda prezidentin istehfasını səsləndirirlər. Və mitinq Rusiyanın başqa şəhərlərinə də yayılır.
Pandemiya şəraiti qeyri – demokratik hakimiyyətləri ziddiyyətlərini, zəifliklərini də üzə çıxartdı.
Xalq səhnəyə çıxır, qətiyyətlə ləyaqətli yaşamaq hüququnu tələb edir. Bu hüququ ancaq demokratik hakimiyyət verə bilər. Böhran isə bu prosesi sürətləndirir.
Ümumiyyətlə, dünyada demokratik inkişafın yeni mərhələsi başlanır. Xalq bu prosesi aparıcı qüvvəsinə çevrilir, sosial şəbəklər isə bu prosesdə ən güclü vasitədir. Ona görə də qeyri-demokratik hakimiyyətlərdə sürətli dəyişikliklərin baş verməsi tarixi prosesin tərkib hissəsidir.
Böhran həm də imkandır. Demokratiya imkanı, ləyaqətli yaşamaq şəraitini yaratmaq imkanı.