
Bü gün Bakı Apelyasiya məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmovla bağlı məhkəmə prosesi keçirilib. Onun barəsindəki həbsin ev dustaqlığı ilə əvəz olunması vəsatətinin rədd olunması qərarından verilən şikayətə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılıb. Nəsimi rayon məhkəməsinin müvafiq qərarı qüvvədə saxlanılıb. Ayaz Məhərrəmovun özünün məhkəmə iclasında iştirakı təmin edilib.
Vəkil Fariz Namazlının bildirdiyinə görə sağlıq durumu ilə bağlı hər hansı şikayəti olmayıb. Dostlara salam göndərib.
azadlıq.info