
Bəxtiyar Hacıyev
Ramiz Mehdiyev getdi, Samir Nuriyev gəldi.
Əli Həsənov getdi, Ədalət Vəliyev gəldi.
Zakir Qaralov getdi, Kamran Əliyev gəldi.
Ramil Usubov getdi, Vilayət Eyvazov gəldi.
Eldar Mahmudov, Mədət Quliyev getdi, Əli Nağıyev gəldi.
Amma bu gün Qarabağ döyüşçüsü, 2013-cü ildə şərlənən və həbs edilən, özü həbsdə olanda bir qızı vəfat edən, digər qızı vicdan məhbusu olmuş Tofiq Yaqublu bu gün yenidən şərlənərək 4 il 3 ay müddətinə azadlıqdan məhrum edildi, artıq 2 gündür ki, aclıq aksiyasına başlayıb.
Tofiq Yaqublunun təkrar həbsi bir daha onu göstərdi ki, belə ədalətsiz və insan həyatını, ailələri və taleləri məhv edən qərarların səbəbkarı kimi nə Administrasiya rəhbərlərini, nə şöbə müdirlərini, nə Baş prokurorları, nə Daxili İşlər nazirlərini, nə təhlükəsizlik orqanları rəhbərlərini, nə məhkəmə sədrlərini, nə hakimləri, nə prokuror və müstəntiqləri, nə sıravi polisləri, nə də üzəduran şahidləri səbəbkar kimi görmək lazım deyil. Onlar ədalətsiz tapşırıqları bacardıqları kimi icra etdiklərinə görə məsuliyyət daşıyırlar və bu miqyasda qınanmalıdırlar.
Əsas sifarişçi isə birbaşa prezident İ.Əliyevdir. O və ümumiyyətlə hakim komanda dəyişmədikcə, 82 yaşlı Mehdiyevin 45 yaşlı Nuriyevlə əvəzlənməsi nəticəni dəyişməyəcək, yenə eyni ədalətsiz qərarlar veriləcək və insan həyatları məhv ediləcək.