
Bu gün Nəsimi rayon məhkəməsində Qarabağ yürüşünə görə barələrində CM-nin 186.2.1, 233 və 315-ci maddələri ilə həbs qətimkan tədbiri seçilən AXCP üzvlərinin həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəkillərin vəsatətinə baxılıb.
Vəkil Elvin Ələmovun Mirzəyev Gündüz Vaqif oğlu , vəkil Bəxtiyar Hacıyevin Seyfullayev Telman Saleh oğlu barədə verdiyi vəsatətlərə hakim Ramin Xəlilovun, vəkil Zibeydə Sadıqovanın Süleymanov Baba Tahir oğlu barədə verdiyi vəsatətə isə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. Hər üç vəsatət təmin edilməyib. Təqsirləndirilən şəxslərin məhkəmə iclasında iştirakları təmin edilib.
Vəkillər azadliq.info-ya bildiriblər ki, Nəsimi rayon məhkəməsinin bu qərarlarından apelyasiya şikayəti veriləcək.
azadliq.info