
“Azərbaycan ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb”.
Bu məlumatı oktyabrın 24-i, saat14:05-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Məlumatda yazılıb ki, hazırda Ermənistanın Gorus, Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan qarşı tərəf raket və artilleriya qurğularından Laçın, Qubadlı ərazilərini güclü atəşə tutur.
“Qarşı tərəfin məqsədi Azərbaycan ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.”, məlumatda vurğulanır