
Türkel Oğuz
Rusiya presidenti Vladimir Putinin dünən Rossiya 24 kanalına verdiyi geniş müsahibə Qarabağın taleyi ilə bağlı ciddi narahatlıq üçün əsas yaradır.
Putin Qarabağ konfliktinin səbəbi kimi Sumqayıt hadisələrini qeyd etdi və guya ermənilərin yalnız bunun ardınca, yəni, öz təhlükəsizliyini təmin etmək məqsədilə Dağlıq Qarabağın müstəqilliyinə təşəbbüs göstərdiyini vurğuladı. Lakin ən böyük əndişə bununla bağlı deyil.
Putin çıxışında düz dörd dəfə (!) Qarabağın müstəqilliyinin tanımadığına görə Ermənistanı qınadı:
- Putin konfliktin bu günədək həll olunmamasının əsas səbəblərindən biri kimi Ermənistanın Qarabağın müstəqilliyini tanımamasını göstərdi.
2.Bildirdi ki, biz vaxtında özümüzdə cəsarət tapıb Abxaziya, Cənubi Osetiya və Krimda xalqın istəyini yerinə yeyirdik, lakin Ermənistan Qarabağla bağlı bunu edə bilmədi Qarabağın müstəqilliyi bütün bu illər ərzində tanımadı.
- Sonuncu silahlı münaqişə zamanı Azərbaycanın Türkiyənin yardımından istifadəsini Ermənistan Qarabağın müstəqilliyini tanımadığı üçün bütün dünyanın Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıması və ölkəmizin öz suveren ərazisini qoruyarkən müttəfiqlərini özü seçməsilə əsaslandırdı.
- Putin açıq şəkildə bildirdi ki, Ermənistan Qarabağın müstəqilliyini tanımadığı və onu öz ərazisi hesab etmədiyi üçün Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qarabağı müdafiə edə bilməzdi, çünki məhz Ermənistan Qarabağı müstəqil bir qurum kimi tanımadığı üçün dünya birliyi Qarabağı Azərbaycan ərazisi olaraq qəbul edir(?). Rusiya prezidentinin sözlərinə görə Ermənistan bunu etsəydi, Rusiya Qarabağa öncədən daxil ola bilərdi.
Bununla da Putin Ermənistandan Qarabağın tanınmasını istədiyini gizlətmir, bunu açıq mətnlə ifadə edir.
Çox güman ki, yaxın zamanlarda ermənilərin bu istiqamətdə təşəbbüslərinin şahidi olacağıq.
Prosesi önləməsək, ağır nəticələrlə üz-üzə qala bilərik.