
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Ermənilərə Kəlbəcər meşələrini tam şəkildə yandırıb bitirmələri üçün humanistlik göstərib əlavə 10 gün möhlət verən antimilli rejim nədənsə həmin humanistliyi şərləyib həbs etdiyi Qarabağ qazilərinə göstərmir.
Ağır xəstə olan Gözəl Bayramlıya göstərmədi.
İllərlə repressiyaya məruz qoyduğu bəndənizə, hətta zülm etdiyi uşağa-oğluma göstərmir. Ancaq ermənilərə gələndə humanist olurlar.
Erməni kilsələrinə qaz verəcək qədər humanistdirlər.
Ermənilərlə şərab içməyin həsrətini çəkəcək qədər sevirlər erməniləri.
Qarabağda döyüşən əsgərlərimizin ehtiyac üzündən yaranan bank borclarından güzəşt etmirlər, ancaq Qarabağı viran qoyan erməniyə imkanı yoxdur deyə 100 milyardı bağışlamağa hazırdırlar…
Erməniyə humanizm, azərbaycanlıya qəddarlıq, zülm, repressiya, haqsızlıq.
O qədər humanistdirlər ki, 28 apreli, 20 Yanvarı, Xocalını unudub işğalçı rus ordusuna qucaq açdılar, Qarabağı ona təslim etdilər…
P.S. Rusiya “sülhməramlı” qüvvələrin komandir müavini Dmitri Şuvarkin Xankəndidə Araik Harutyunyanla görüşüb. Separatçıların “bayrağı” və “gerbi” də başının üstündə.
Bəs Qarabağ Azərbaycan idi, nə oldu???