
Aqil Layıc
Çox xoşbəxtəm ki, İsveçrənin və dünyanın ən nüfuzlu universitetlərindən birində iki profilli master təhsili aldım və iki diplom işim uğurla tamamlandı, müdafiəm qəbul edildi.
Diplom işimdən biri Dağlıq Qarabağ qondarma rejiminin idman asossiasiyalarının beynəlxalq idman qurumlarına üzv ola bilməməsi ilə bağlıdır. Qeyd edim ki, qondarma rejim UEFA, FİFA-ya üzvlük üçün ciddi təbliğatlar aparırdı və Kosova modelini əsas götürürdülər. Bu mövzunu seçəndə xeyli çətinliklərlə üzləşsəm də, axır ki, bunu müdafiə edə bildim. Bu gündən adım iki profilli master tələbəsi kimi İsveçrədə reyestrə daxil edildi.