
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Elə dəyərlər var ki, onlar siyasətin fövqündə dururlar. Bu gün kimin iqtidar, kimin müxalifət olmasından asılı olmayaraq, cəmiyyəti mənəvi tənəzzüldən qoruyan əxlaqın qorunması hər kəsin ictimai öhdəliyidir.
Əgər siyasi məqsədlə əxlaqı aşındıran üsullara əl atılırsa, bu hərəkətin hədəfi, təkcə siyasi rəqib olmur. İctimailəşın hər bir yataq səhnəsi cəmiyyətin nəzərində əxlaq tabularını, özəl həyatın toxunulmazlığını qaldırır və nəticədə olmaz deyə bir şey qalmır. Bu zaman, siyasi etika və mədəniyyətin çərçivələri də dağılır, siyasi rəqiblər bir birlərinə heç bir ölçü, dəyər və əxlaqi məhdudiyyət gözləmədən ən ağır ifadələri, təhqirləri ünvanlayırlar. Bu savaşın isə qalibi olmur. Uduzan isə hər kəs olur.
Ona görə də bir şəxsi, siyasi rəqibi hədəf alan istənilən əxlaqsız ifadə, görüntü mənəvi terror sayılır. Çünki bu cür mübarizə üsulu cəmiyyətə zərər vurur, ictimai əxlaqı dağıdır, insanların psixologiyasını zədələyir, sosial travmaların yaranmasına, siyasi qarşıdurmaların sərtləşməsinə və qarşılıqlı təhqirlərə yol açır.
Professor Camil Cemil Hasanli yə qarşı törədilən məlum video olayı, bu baxımdan hakimiyyətin Azərbaycan cəmiyyətinə qarşı mənəvi terrorudur.
Dünən bu olaya verilən ictimai reaksiyadan belə məlum oldu ki, bu cinayəti törədənlər nəinki məqsədlərinə çatmadılar, əksinə, cəmiyyətin kəskin qınağını öz üzərlərinə çəkmiş oldular. Bundan əvvəl eyni reaksiya Bakhtiyar Hajiyevlə, Məhəmməd Mirzəlini ilə də bağlı yaransa da, insanlar bu mənəvi terroru kəskin qınasa da, görünür hakimiyyət bundan lazımi nəticə çıxarmadı.
Əgər bu rəqibi ictimai rəydə gözdən salmaq üçündürsə, sosial şəbəkələrə baxıb, planlanan nəticənin alınmadığını, hakimiyyətin öz imicini baltaladığını görmək çətin deyil.
Üzümüzü hakimiyyətdıkirə tutub bir daha deyirik. Bu ölkənin sərvətlərini, büdcəsini, ədalətini məhv etdiniz. Heç olmasa əxlaqına da əl uzatmayın. O həm də gələcək nəsillərə qoyduğumuz müqəddəs mirasdlr.