Olaya, hələlik, həlak olan hərbi quluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb
Azərbaycanda hərbçnin təlim zamanı aldığı qəlpə yarasından həlak olduğu bildirilir.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Məlumata görə, noyabrın 4-də saat 17:20 radələrində Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı bir müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu həlak olub:
“AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası almış, hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir”.
Olaya, hələlik, həlak olan hərbi quluqçunun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu