AXCP sədri Əli Kərimli
Azərbaycanın tanınmış ziyalısı, ictimai-siyasi xadimi Rüstəm İbrahimbəyov dünyasını dəyişib. Rüstəm İbrahimbəyov böyük sənətkar idi. O baş vurduğu bütün sahələrdə ciddi yaradıcılıq uğurları qazanmışdı. Rüstəm bəy yazıçı, dramaturq, kinorejissor, ssenarist və prodüser olaraq bütün dünyada tanınan yaradıcı Azərbaycan ziyalısı idi. Ən nüfuzlu beynəlxalq mükafatların lauriyatı olan Rüstəm bəy Azərbaycanla əlaqəsini heç zaman kəsməmişdi. Rüstəm bəy bir müddət ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etdi. Ölkəmizin ictimai və siyasi həyatında ciddi və pozitiv rol oynamış Ziyalılar Forumu və Milli Şura Rüstəm İbrahimbəyovun təşəbbüsü və aktiv iştirakı ilə yaradılıb.
Rüstəm İbrahimbəyovun vəfatı xalqımız üçün böyük itkidir. Rüstəm bəyin ailəsinə, doğmalarına, bütövlükdə xalqımıza dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin.