Fuad Əhmədli
Bu gün də AXCP Xətai şöbəsinin fəallarına Bakı Şəhər Baş Polis İdarəsindən zəng vuraraq dəvət ediblər. Dostlarımız da çağırışı geri çevirmədən idarəyə gediblər. Orada cəbhəçilərə nə zamandan partiya üzvü olduqlarını, kimin vasitəsilə üzv olduqlarını, niyə məhz Əli Kərimlini dəstəklədiklərini, pulsuz-parasız partiyada qalmaqda nə maraq güddüklərini soruşmuşlar, doğru yolda olmadıqlarını, həyatlarını təhlükəyə atdıqlarını, mütləq partiyadan istefa verərək ölkə prezidentini dəstəkləməli olduqlarıyla bağlı xəbərdarlıq etmişlər.
Bu azmış kimi, fəallardan birinə deyiblər ki, Fuad Əhmədli ilə Ayaz Meherremli sizi “zarazit” eləyib. (yəni xəstəliyə yoluxdurub) 😀
Normalda 9 ilin siyasi partiya fəalı kimi bu məsələdə də hakimiyyət nümayəndəsinin bütün digər məsələlərdə olduğu kimi qeyri-ciddi yanaşmasına gülüb keçmək ən doğru qərar ola bilərdi. Lakin, söhbət mövzusu və özünü polis adlandıran LATENT YAP-çının məqsədi partiya yoldaşlarımın üzərindən mənə söz göndərmək, yaxud mənim partiya yoldaşlarım arasında nüfuzuma xələl gətirməkdirsə, o zaman bildirim ki:
(1)
Siyasi Partiyalar Haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Siyasi partiyada üzvlük:
b) Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
3-cü müddəa) Bütün səlahiyyəti müddətində Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrləri, sədr müavinləri və hakimləri, Azərbaycan Respublika-sının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, köməkçi-texniki heyət istisna olmaqla, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqan-larının, dövlət mətbuatı orqanlarının işçiləri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri siyasi partiyaların üzvü ola bilməzlər. – Daha aydın desək Bakı Şəhər Baş Polis İdarəsinin Əməkdaşının Hakim Yeni Azərbaycan Partiyasının Xeyrinə AXCP üzvlərinə psixoloji təzyiq göstərməsi qəti qadağandır.
📎Bitmədi:
(2.)
Maddə 9. Siyasi partiyanın üzvlərinin hüquqları
4-cü müddəa) Partiyanın hər bir üzvü və ya üzvləri qrupu öz iradəsini sərbəst ifadə etmək hüququna malikdir.
📎 (3.)
Maddə 12. Siyasi partiyanın hüquqları
12.1.1. məqsədləri və fəaliyyəti barədə məlumatları sərbəst yaymaq, ideyalarını, məqsədlərini və proqramlarını təbliğ etmək
📎 (4.)
Azərbaycan Respublikasının konstitusiyası,
Maddə 25. Bərabərlik hüququ
3 saylı müddəa: Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
📎 (5.)
Polis haqqında Azərbaycan Respublikasının qanunu,
Maddə 5. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti:
1 Saylı müddəa) Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.
Belə…
Son olaraq, biz qəti istisna etmirik ki, bu günə qədər, çağırılan, dindirilən, partiya sıralarından uzaqlaşdırılmasıyla bağlı təzyiqə məruz qalan istənilən partiya üzvüylə bağlı bir başa prezident adminstrasiyasının müvafiq sifarişi mövcuddur. Lakin, doğrudan da ölkədəki siyasi partiyalarla konstruktiv dialoq mühiti qurduğunu iddia edən, özünün “peşəkar siyasətçi” adına hörmətlə yanaşdığını zənn edən başçı, lider, məmur öz siyasi alternativlərini polis idarələrinə, polisin hərbə-zorbasına çağırmır.
Xüsusi qeyd: Bu yazı bu günə qədər və bundan sonra siyasi fəalları analoji mövzularla polis orqanlarına dəvət etməyə hələ də israrlı olan polis məmuruyla bərabər, həm də özüm də daxil 7/24 real həbs təhlükəsi altında olan siyasi və partiya fəalları üçün hüquq kitabçası olması niyyətilə yazılmışdır.
Dərsin sonu: Gecəniz xeyrə.