Milli Şuranın sədri, professor Cəmil Həsənli
Biz heç kimin azadlığa çıxmasının əleyhinə deyilik. Amma Cinayət Məcəlləsinin 18 maddəsi ilə ittiham olunub 12 il iş almış, Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi olmuş, general-mayor Teymur Quliyev, 10 il 6 ay iş almış, MTN-nin transmilli cinayətkarlığa qarşı mübarizə İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov, həmçinin 11 il iş almış MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin işçisi, polkovnik Səlim Məmmədov da əfv olunub. Və yaxud keçmiş Sosial Təminat Naziri Səlim Müslümov ev dutaqlığına buraxılır.
Amma heç bir günah sahibi olmayan, cinayət törətməyən, saxta bir ittihamla həbs edilmiş, hətta saxta olsa belə rəsmi ittihamla dövlətə heç bir ziyan vurmayın Niyaməddin Əhmədov əfv olunmur. Bu necə humanizmdir ki, o humanizmdən saxta, ssenariləşdirilmiş, qurama cinayət işləri nəticəsində həbs edilmiş Tale Bağırzadəyə, Abbas Hüseynə, Mövsüm Səmədova, Abgül Süleymanova, Əhsən Nuruzadəyə, Seyfəddin Şirvanova, gənc yaşından zindana salınmış Cabbara, Şamilə, Cahidə pay düşmədi.
Bizdə adamlar yalnız siyasi mülahizələrə görə həbs olunmur, həm də siyasi mülahizələrə görə ya əfvə salınır, ya da əfvə salınmır. Bu adamlar hamısı siyasi məhbudur. Amma Niyaməddin bəy Cəbhəçi, Əli Kərimlinin mühafizəçi, qalanların isə MBH-nın və İslam Partiyasının üzvləri, inanclı insanlar olduğuna görə əfvdən kənarda qalıblar.