Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bu gün AzTv AMEA ilə bağlı yeni tənqidi süjet yayıb (link şərhdə). Dünən Mirşahin də eyni işi görmüşdü. Amma fərqli müstəfidə. Diqqət yetirdinizsə Mirşahin daha çox AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binasını hədəfə gətirirdi. Görünür o binanı da Heydər Əliyev fondunun mülkiyətinə keçirməyin planını çızırlar. Əvvəl AMEA-nı gözdən salmaq, sonra da 1945-ci ildən yerləşdiyi tarixi binanı onların əlindən almaq. Akademiyanın hədəfə gəlməsinin bir səbəbi budur, amma bu hamısı deyil.
Deməli kampaniya başlanıb. Bunun bir obyektiv səbəbi onunla bağlıdır ki, Ramiz Mehdiyev getdi, amma heç nə dəyişmədi. Lakin EA-na hücumlar daha çox subyektiv amillərlə bağlıdır. DÜnən də yazmışdım bütün bu kampaniya Arif Həşimova qarşıdır. Ora öz adamların qoymaq istəyirlər. İslahat adı altında “Başabəla” bir alimi də ora gətirəcəklər.
Bu dəfə AzTv tabel məsələsidən danışmadı, hətta bir az yumuşaq formada dünənki süjetindən geri çəkildi və daha “böyük” şeylərdən danışdı. Məsələn, Çində genetik cəhətdən modifikasiya edilmiş ekizlər doğulub, Polşa və İsveçdə alimlər qrupu xərçəngə qarşı foto immun-teropeya texnologiyalarını hazırlayıb, nə bilim ingilis alimləri insan dərisini 30 il cavanlaşdıran üsul icad ediblər, Amarika alimləri isə beyinə biliklər əlavə etməyin yolunu tapıblar və sair.
Və bundan sonra aparıcı deyir ki, iş saatı bir kənara qoyaq AMEA-da dünyanın yeni çağırışlarına adekvat reaksiya verilmir. elm iqtisadiyyatı, sənayeni, ümumiyyətlə həyatın bütün sahələrini öz arxasınca aparlmalı olduğu halda Azərbaycan elmi buna nə qədər uyğundur? Qarabağda ağıllı şəhər, ağıllı kənd konsepsiyalarının reallaşmasında Akademiyanın rolu nə qədərdir? Döğurdan bunların başı qaçıb. O ağıllı kəndin büdcəsi (korrupsiya ilə birlikdə) toplam olaraq Akademiyanın illik büdcəsindən çoxdur. Akademiya hansı büdcə ilə o proektlərin önündə getməlidir? AMEA adı çəkilən Çində, Polşada, İsveçdə, Britaniyada, Amerikada nəşr olunan sahə jurnallarını ala bilmir, bunlar ekiz uşaq doğuzdurmaqdan danışır.
Dünyada elmə yanaşma belədir: Əgər bir ölkənin elm xərcləri ümumi büdcə xərclərinin 2 faizindən azdırsa həmin ölkədə elmdən danışmağa dəyməz. Bəs AzTv-nin Çinlə, İsveçlə, İngiltərə və Amerika müqayisə etdiyi AMEA-nın illik büdcəsi nə qədərdir? Vur-tut 202 milyon manat. Büdcədə elm xərclərinin xüsusi çəkisi nə qədərdir? Cəmi-cümlətanı 0,63 faiz.
Bir dəfə Nikita Xruşşov dedi ki, biz gərək ət, yağ, süd istehsalına görə Amerikaya çataq və onları keçək, milliyyətcə yəhudi olan bir Sovet akademiki replika verdi ki, Nikita Sergeyeviç çataq, amma keçməyək. Xruşşov təəccüblə soruşanda:, niyə keçməyək? Abram Grosman dedi ki, keçsək şalvarımızın yamağlı olduğunu arxadan görərlər. Siz 0.63 faiz elm xərcləri ilə kimə çatmaq istəyirsiniz?