Şahidlər Kiyevdə üç partlayışın olduğunu xəbər verirlər
Prezident Volodimir Zelenski deyib ki, kamikadze dronlarla yeni hücumlar ukraynalıları “sındıra” bilməyəcək.
“Düşmən gecə-gündüz mülki əhalini terrorizə edir. Kamikadze dronlar və raketlər Ukrayna ərazisinə hücuma keçib. Düşmən şəhərlərimizə hücum edə bilər, amma bizi sındıra bilməyəcək”, – o vurğulayıb.
Mer Vitali Kliçko isə Telegram-da yazıb ki, Kiyevə iki dalğa dron hücumu bir neçə partlayış törədib. Onun sözlərinə görə, bir yaşayış binasından 18 nəfər xilas edilib, amma dağıntılar altında qalanlar var.
Cənubdakı Odessa liman şəhərinin şurasının məlumatına görə, oktyabrın 17-də səhər Rusiya hərbi təyyarələri bu vilayətdə infrastrukturu raketlərlə vurub. İndilik itkilərlə haqda məlumatın olmadığı bildirilir.
Azadlıq radiosu