AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
MDB ölkələri Putinin “üzünə ağ olmaqda” , ondan yeni reallıqlara uyğun davranmağı tələb etməkdədirlər. Tokayev aylar öncə Putinin üzünə onun Ukraynada yaratdığı separatçı qurumların “kvazi” dövlətlər olduğunu demişdi, sonra da Qazaxıstan bildirdi ki, sanksiyalar nəzərə alınaraq Rusiya ilə müqavilələr ABŞ və AB nümayəndələrinin rəyi əsasında bağlanacaq.
Ardınca Paşiniyan Putindən üz döndərib Qərbə doğru yönəldi , ŞƏT toplantısına qatılmadı, KTMT təlimində iştirakdan imtina etdi. Gələn ilin fevralından isə Ermənistanın Rusiyanın rəhbəri olduğu bu hərbi qrumdan çıxacağı bildirilir. Ermənistandan sonra Qırğızıstan Putinin üzümə ağ oldu, bu öklə ərazisində keçirilməli olan KTMT təlimləri ləğv olundu, ölkə prezidenti Putinin ad gününə qatılmaqdan imtina etdi.
Növbə Tacikistan prezidenti İmoməli Rəhmanova çatdı. Dünən o bütün dünyanın gözü qarşısında Putinə dərs verdi, ondan qonşu xalqlara hörmətlə davranmağı tələb etdi. Bunu edən ölkə qonşu Əfqanıstanda hakimiyyətdə olan Talibanın təhdidlərinə görə həmişə Rusiyadan kömək istəyir. Çünki İmoməli Rəhmanov dəyişən geosiyasi reallıqları görür, Putin erasının başa çatdığını hiss edir.
Ancaq hələ ki, İlham Əliyev öz ənənəvi davranışını davam etdirir. Əslində Putinə ilk etiraz etməli olan o idi. Qarabağa gətirilmiş rus “sülhməramlılarının” ordakı erməni silahlı birləşmələrini çıxarmaması, bura 10 noyabr bəyanatında göstəriləndən daha artıq sayda hərbiçi yerləşməsi, rusların qanunsuz köçürmə ilə məşğul olub kənardan gətirmə erməniləri bu ərazilərdə məskunlaşdırmaları, Qaradağda rus dilinin ikinci dövlət dili elan edilməsi və. s məsələlərə görə Putinə heç olmasa bircə dəfə etiraz edilməli idi. Ancaq biz bunu nəinki görmürük, hətta bir çox hallarda təşəkkürlər eşidirik. Niyə? Cavab sadədir, Putin Qafqazdan çəkilmək istəsə belə, İlham Əliyev onun burda qalmasında maraqlıdır. Çünki, Putinin Qafqazdakı varlığı Qərbin bizim regionda möhkəmlənməsinə mane olur, avtoritar idarəçiliyin davam etməsinə zəmin yaradır. Təəssüf ki, bu məsələdə milli mənafelərimiz deyil, hakimiyyət maraqları əsas götürülür.
Bu gedişlə hətta Türkmənistanın yeni cavan Türkmənbaşısı da trenddən geri qalmamaq üçün durub Putinə etiraz edəcək, ancaq Azərbaycan dövlət başçısındaan səs çıxmayacaq.