Rusiyalılar İqor Strelkov (Girkin) və Sergey Dubinski, habelə ukraynalı Leonid Xarçenko həmin təyyarədə həlak olmuş 298 sərnişinin ölümündə ittiham edilirdilər
Haaqa məhkəməsi Malayziya hava yolları şirkətinin MH17 reysi ilə uçan Boeing-777 təyyarəsinin qəzası ilə bağlı ittiham edilən iki rusiyalı və bir ukraynalını qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.
Rusiyalılar İqor Strelkov (Girkin) və Sergey Dubinski, habelə ukraynalı Leonid Xarçenko həmin təyyarədə həlak olmuş 298 sərnişinin ölümündə ittiham edilirdilər.
Bu iş üzrə daha bir müttəhim – Oleq Pulatov təqsirsiz bilinib.
Azadlıq radiosu