Milli Məclis bugünkü iclasında Azərbaycanın İsrail, Albaniya, Keniyada səfirliklərinin və Fələstində nümayəndəliyinin açılması barədə qərarları təsdiqləyib.-0-
* * *
Azərbaycan İsrail, Albaniya, Keniya və Fələstində səfirlik açacaq
Bakı/18.11.22/Turan: Milli Məclisin bugünkü iclasının gündəliyinə bəzi dövlətlərdə Azərbaycanın səfirlik və nümayəndəliklərinin açılması daxildir.
Deputatlar əsasən Azərbaycanın İsraildə – Təl-Əviv şəhərində səfirliyinin və Fələstin dövlətində – Ramallahda nümayəndəliyin açılması barədə qərar layihələrini müzakirə edirlər.
Bundan əlavə, Azərbaycanın Albaniya-Tirana və Keniya-Nayrobidə səfirliklərinin açılması barədə qərarın qəbul ediləcəyi gözlənilir.
Contact.az