Cənubi Amerikanın Ekvador ölkəsində maskalı silahlı şəxslərin bilyard zalına hücumu nəticəsində 7 nəfər ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ekvadorda zorakılıqlar artmaqda davam edir .
Milli medianın məlumatına görə, maskalı şəxslər Santo Dominqo de los Tsaçilas şəhərində bilyard zalına basqın edərək uzun lüləli silahlardan atəş açıblar.
Hücum nəticəsində 7 nəfər hadisə yerində ölüb.
Polis şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.
Orxan












