
Astara rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Gununsesi.info xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Suparibağ kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü İsgəndər Məmmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Vüsal Əvəz oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar nəticəsində məlum olub ki, V.Əliyev qonşusu İ.Məmmədovu üç bıçaq zərbəsi ilə qətlə yetirib. Sonuncu zərbə zamanı bıçaq sınaraq mərhumun bədənində qalıb.
İ.Məmmədovun yaxınlarının sözlərinə görə, qarşı tərəflə indiyə qədər bir ədavətləri olmayıb. Aralarında motosiklet detalı üstündə söz-söhbət olduğunu deyirlər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Astara rayonunda qətl hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə avqustun 17-də saat 20 radələrində Astara rayonunun Suparibağ kəndinin ərazisində baş verib.
Kənd sakini, 1959-cu il təvəllüdlü İsgəndər Şıxəli oğlu Məmmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Şəxsi münasibətlər zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Vüsal Əvəz oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.