ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO

  • By Admin2
  • 10 Fevral 2026 17:47

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

***

16:16

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb.

Qeyd edək ki, Cey Di Vens ötən gün Ermənistana səfər edib, Baş nazir Nikol Paşinyanla görüşüb.

 

Gununsesi.info