AYB-dən açıqlama: - "Katibiyin bu məsələ ilə bağlı qərarı qətidir"

  • By Admin2
  • 10 Fevral 2026 13:49

Məlum olduğunkimi, Azərbaycan Yazıçılar Birliyi son dönəmlərdə bir sıra məsələlərlə gündəmə gəlib.

Bura əsasən üzvlük haqqı məsələsi daxildir ki, sözügedən məsələ vaxtaşırı müzakirə olunur.

Mətbuatda gedən bir sıra məlumatlarda və ümumən oxucular tərəfindən üzvlük barədə bəzi iddialar səsləndirilir.

Məsələn, qəbul prosesi nə zaman başlayacaq?

Qaydalara əlavə dəyişikliklər ediləcəkmi?

Üzvlük haqqı məsələsi necə olacaq?

Bu barədə Gununsesi.info-ya AYB-nin mətbuat katibi Xəyal Rza danışıb.

O bildirib ki, Qəbul Komissiyasının qərarına əsasən, növbəti Qurultaya qədər Yazıçılar Biriyinə üzvlük dayandırılıb və bununla bağlı “Ədəbiyyat qəzeti”ndə elan verilib.

Xəyal Rza eyni zamanda deyib:

“Qəbul Komissiyası ötən il üzvlük üçün müraciət etmiş şəxslərin dəyərləndirilməsini həyata keçirir. Qurultay 2027-ci ildə keçiriləcək. Üzvlüyə müraciət qaydaları yaxın keşmişdə sərtləşdirildiyi üçün qaydalara dəyişiklik hazırda müzakirə edilmir. Üzvlük haqları istənilən halda vaxtlı-vaxtında ödənilməlidir. Bunla bağlı kifayət qədər güzəşt olunub. Katibiyin bu məsələ ilə bağlı qərarı qətidir. Üzvlər Birliyin nizamnaməsinə hörmətlə yanaşmalıdırlar”.

Orxan
Gununsesi.info