ABŞ rəhbərliyi İranın ali lideri Seyid Əli Xamenei və onun oğlu Müctəba Xameneinin məhv edilməsi variantını gözdən keçirir.
Gununsesi.info xəbər verir ki, bu iddia ilə “Axios” portalı ABŞ Prezidenti Donald Trampın adı açıqlanmayan müşavirinə istinadən çıxış edib.
Onun sözlərinə görə, Vaşinqton İran ətrafındakı vəziyyətin həlli üçün müxtəlif variantları nəzərdən keçirir.
“Onların istənilən ssenari üçün variantları var. Ssenarilərdən biri Ayətullahın və oğlunun, həmçinin mollaların aradan qaldırılmasını nəzərdə tutur. Trampın özü də daxil olmaqla, heç kim nəticədə hansı ssenarisinin seçiləcəyini bilmir”, – müşavir bildirib.
Nəşr iddia edir ki, Xameneinin və oğlunun məhv edilməsi variantı ABŞ liderinə bir neçə həftə əvvəl təqdim edilib.
Xatırladaq ki, Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında İranın nüvə proqramı və regional gərginliyin taleyinə yaxın 10 gün ərzində tam aydınlıq gətiriləcəyini vurğulamışdı.












