
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasınının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Gununsesi.info xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov dövlət başçısının rəsmi X hesabında etdiyi təbriklə mətbuat konfransında tanış olub.
Təcrübəli mütəxəssis də öz növbəsində Prezident İlham Əliyevi təbrik edib:
“Prezident bir daha göstərdi ki, gözü bizim üzərindədir və bizim məsuliyyətimiz daha da artdı”.