Ağdamda uşağını döyən ata saxlanıldı - FOTO

  • By Günel
  • 27 Avqust 2025 19:14

Ağdamda valideynləri tərəfindən işgəncəyə məruz qalan körpənin vəziyyəti ağırdır.

Gununsesi.info xəbər verir ki, körpə əqli qüsurlu olan hər iki valideyni tərəfindən əvvəllər də işgəncəyə məruz qalıb.

13.09.2023 təvəllüdlü R.M. 2024-cü ildə Ağdam Rayon Məhkəməsinin qərarı ilə valideynlərindən alınaraq uşaq evinə verilib. Lakin bir müddət sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə yenidən valideynlərinə qaytarılıb.

***

Ağdamın Xındırıstan kəndində baş verən hadisədə 2 yaşlı Musa Rəhimov atasının döyməsi nəticəsində ağır bədən xəsarətləri alıb.

Gununsesi.info xəbər verir ki, hadisə nəticəsində xəsarət alan uşaq Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, azyaşlının vəziyyəti kəskin ağır olub və hazırda reanimasiya şöbəsində müalicə alır. Hadisəni törətməkdə şübhəli bilinən Sadiq Rəhimov (uşağın atası) polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.